"İnter" müdafiəçisi Milan Şkrinyarla yollarını ayıra bilər. Matc.az xəbər verir ki, rəhbərlik oyunçunu "Mançester Siti"nin forvardı Kun Aquero ilə dəyişməyi də düşünür.

Bildirilir ki, "İnter" 25 yaşlı futbolçunu satmaq niyyətindədir. "Real" və "Mançester Siti"nin müdafiəçiyə  təklif göndərdiyi bildirilir. "Şəhərlilər" trasnferdə bir addım öndədir.

çünki A Seriyası təmsilçisi argentinalı forvard Aqureonu rənglərinə bağlamaq niyyətindədir. Əgər tərəflər razılığa gəlsə, slovakiyalı futbolçu bu transferdə istifadə oluna bilər.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən "İnter"in formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest