Bildirilir ki, rəhbərlik ispaniyalı mütəxəssislə heç bir problem yaşamır. Ötən gün yerli mətbuatda La Liqanın 32-ci turunda “Barselona”nın “Selta” səfərində xal itirməsinin ardından (2:2) futbolçularla baş məşqçi arasından gərginlik yaşandığı iddia edilmişdi.

"Barselona" rəhbərliyi baş məşqçi Kike Setyenlə təcili iclas keçirib. Matc.az AS-a istinadən xəbər verir ki, klub prezidenti Xosep Bartomeu və komandanın idman direktoru Erik Abidalın qatıldığı toplantıda baş məşqçiyə dəstək verilib.

Bildirilir ki, rəhbərlik ispaniyalı mütəxəssislə heç bir problem yaşamır. Ötən gün yerli mətbuatda La Liqanın 32-ci turunda “Barselona”nın “Selta” səfərində xal itirməsinin ardından (2:2) futbolçularla baş məşqçi arasından gərginlik yaşandığı iddia edilmişdi.

Oyunçuların Setyenin davranışlarından və onun taktiki qərarlarından razı olmadıqları bildirilir. Bunun ardından isə ispaniyalı çalışdırıcının göndəriləcəyi yazılıb. Ancaq rəhbərlik bu xəbərləri təkzib edib.

Prezident Bartomeu iclas zamanı Setyenin işindən narazı olmadıqlarını və onun azı mövsüm sonuna qədər komandada qalacağını qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest