“Milan”ın hücumçusu Zlatan İbrahimoviç zədəsini bərpa edib. Matc.az xəbər verir ki, isveçli futbolçunun adı bu gün A Seriyasının 29-cu turunda  SPAL-a qarşı görüşün iştirak ərizəsinə daxil ediləcək.

Bildirilir ki, təcrübəli oyunçunun əzələsindəki zədə tamamən sağalıb. O, ötən həftənin sonundan komanda ilə məşqlərə qatılır. İbrahimoviçin axşamkı görüşdə forma geyinə biləcəyi vurğulanıb.

 Qeyd edək ki, SPAL – “Milan” qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest