"Barselona"nın hücumçusu Antuan Qrizmannın komandadakı gələcəyi sual altındadır. Matc.az xəbər verir ki, baş məşqçi Kike Setyen oyunçuya daha az şans verəcəyini bildirib.

Fransalı futbolçu son turda sabiq komandası "Atletiko"ya qarşı görüşün 90-cı dəqiqəsində meydana daxil oldu. 29 yaşlı hücumçu bundan narazı qalıb. Bununla yanaşı, mətbuatda davamlı fransalının Lionel Messi ilə arasında problem olduğu iddia edilir.

Bu səbəbdən də Qrizmann "Barselona"dakı gələcəyini aydınlaşdırmaq üçün menecerini İspaniyaya dəvət edib. O, komandada qalmaq istəsə də, rəhbərliyin də özü barədə fikirlərini öyrənmək istəyir.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsüm La Liqada 8 qola imza atıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest