İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Roberto Soriano iki oyunluq diskvalifikasiya olunub.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
O, A Seriyasının 30-cu turu çərçivəsində qarşılaşdıqları “İnter”lə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalandırılıb. Belə ki, o, 2:1 hesabıyla qalib gəldikləri bu matçın 57-ci dəqiqəsində hakimin qərarı ilə razılaşmayıb, üstəlik rəqib futbolçuya qarşı da sərt oynayıb və birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Federasiya isə buna görə onu iki oyunluq cəzalandırıb. Bu üzdən də “Sassuolo” və “Parma”ya qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, Soriano bu mövsüm A Seriyasında 22 oyuna çıxıb, 3 qol vurub. O, cari mövsümdə ikinci dəfədi qırmızı vərəqə ilə cəzalanır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest