“Real”ın futbolçuları cari mövsümdə İspaniya La Liqasının qalibi olacaqları halda, çempionluq üçün nəzərdə tutulan mükafatdan imtina edəcəklər.
 
Matc.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda “El Chiringuito” telekanalına açıqlamasında bildirib.
 
Futbolçular koronavirus pandemiyası səbəbiylə klubun yaşadığı maddi durğunluğa görə bu addımı atacaq. Komanda üzvlərinin UEFA Çempionlar Liqasının qalibi olacaqları halda da mükafatdan imtina edəcəyi bildirilir.
 
La Liqada 34 turdan sonra 77 xal toplayan “Real” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
 
UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirən Madrid klubu, turnirin 1/8 final mərhələsinin ilk görüşündə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest