"Qarabağ" klubunun xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin matç.az saytına müsahibəsi

- AVRO-2020-nin seçmə mərhələsinin püşkü atıldı və Azərbaycanla Xorvatiya eyni qrupa düşdü. Fikirləriniz maraqlıdı…
- Bəli, yığmalarımızın eyni qrupa düşdüyünü gördüm. Fikrimcə, bizi maraqlı oyunlar gözləyir. Xorvatiyanın heyətində böyük klublarda çıxış edən çox sayda futbolçu var. Ancaq əminəm ki, Azərbaycan millisi də bu qrupda yaxşı oyunlar keçirəcək.

- Yəqin ki, siz də Xorvatiyanı qrupun aşkar favoriti sayırsınız?
- Doğrudu, Xorvatiya bir nömrəli favoritdi. Yığmamız builki dünya çempionatında çox yaxşı oyunlar keçirdi və uğurlu nəticə əldə etdi.

- Ancaq bir neçə aparıcı futbolçu mundialdan sonra milli karyerasını bitirdi. Bunun mənfi təsiri ola bilərmi?
- Xorvatiyada güclü futbolçu çoxdu. Amma Mandzukiç kimi oyunçunun gedişi əlbəttə ki, itkidi.

- Qrupda hansı komandanı Xorvatiyaya əsas rəqib kimi görürsünüz?
- Fikrimcə, əsas rəqibimiz Uels yığmasıdı.

- Bəs Azərbaycan yığmasının şanslarını necə dəyərləndirirsiniz?
- Deyə bilərəm ki, Azərbaycan çox güclü qrupa düşüb. çünki rəqiblərin hamısı yüksək səviyyəli komandalardı.

- Sizcə, millimiz qrupda neçənci yerə ümid edə bilər?
- Bu suala indi cavab vermək çox çətindi. Futbolda hər şey ola bilər. Yalnız onu deyə bilərəm ki, çətin qrupdu.

- Azərbaycanla Xorvatiya arasında keçiriləcək oyunlarda kimə azarkeşlik edəcəksiniz?
- (gülür). Əlbəttə ki, Xorvatiya mənim ölkəmdi. Ancaq Azərbaycan yığmasının da qrupda yaxşı nəticələr əldə etməsini arzulayıram.

 

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest