Rusiya millisinin baş məşqçisi Stanislav çerçesov AVRO-2020-nin püşkatmasından sonra məyusluğunu dilə gətirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 55 yaşlı mütəxəssis millimizin yer aldığı qrupa düşmək istədiklərini etiraf edib.
 
çerçesov bunu xorvatlarla əlaqələndirib. Belə ki, o, Dç-2018-in 1/4 final mərhələsində penaltilər seriyası ilə yenildikləri xorvatlardan revanş almaq arzusunda olduğunu söyləyib. çerçesov bunun baş verməməsinə təəssüflənib: "Açığı, Xorvatiyanın qrupuna düşməyimizi istərdim. Ancaq olmadı. çox təəssüf edirəm ki, onlarla bir qrupda yer almadıq. Halbuki bunu çox arzulayırdım".
 
Qeyd edək ki, Rusiya seçmə mərhələdə Belçika, Şotlandiya, Kipr, Qazaxıstan və San-Marino ilə İ qrupunda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest