"çox maraqlı qrupa düşmüşük. İndidən hesablama aparmaq mümkün deyil". Matç.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının müdafiəçisi David Hançko deyib.
 
21 yaşlı futbolçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə qrup mərhələsini dəyərləndirib. "Fiorentina"nın üzvü püşkün nəticəsindən razılıq bildirib: "Əgər seçim imkanım olsaydı, yenidən belə bir qrupu sınayardım. Rəqiblərə baxdıqda xoşbəxt ola bilərik. Düzdü, qrupumuzda Xorvatiya kimi dünya səviyyəli komanda var. ümumiyyətlə, diqqətçəkən məqamlar çoxdu. Burdan final mərhələsinə adlayacağımıza inanıram. Bu, mənim üçün çox qiymətli hədiyyə olar. Ən böyük arzum budu".
 
Bu ildən yığmaya dəvət alan Hançko millimiz barədə də danışıb: "Qəribə rəqiblərimiz var. Bu gün yığmaların səviyyələrini ölçmək çox çətindi. Slovakiya, Uels və Macarıstanın gücünün bir-birinə yaxın olduğunu düşünmək olar. Ancaq Azərbaycan yığmasını da unutmaq axmaqlıq olar. Onlar dəfələrlə güclü komandaları büdrətməyi bacarıblar. Fikrimcə, 5 komandanın hər biri digərindən xal ala biləcək gücdədi. Bizim üzərimizə düşən klubda necə, millidə də o cür hazırlaşmaqdı".
 
Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Macarıstan, Slovakiya və Azərbaycan yığmaları mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest