Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunlardan birinin yeri dəqiqləşib. Matç.az saytı xəbər verir ki, Uelslə səfər oyununuz Kardiffdə keçiriləcək.

2019-cu il sentyabrın 6-dakı matç Kardiff şəhər stadionunda baş tutacaq. Belə ki, Uels yığmasının seçmə mərhələdəki bütün görüşləri bu arenada keçirəcəyini elan edilib.

Hətta böyük britaniyalılar bu stadiondakı seçmə oyunlarına bilet sifarişinə sabahdan start verəcək.

Qeyd edək ki, bu arena 33 min 280 tamaşaçı tutumuna malikdi və Uels yığması 2009-cu ildən bu stadionda oynamağa başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest