İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi “Valensiya”nın futbolçuları Fransis Koklen ilə Daniel Parexonu transfer edib.
 
Bu barədə “Vilyarreal”ın rəsmi saytı məlumat yayıb. 
 
Fransalı yarımmüdafiəçi Koklen yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçunun 8 milyon avro qarşılığında transfer olunduğu iddia edilir.
 
“Valensiya”nın 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı London “Arsenal”ından transfer etdiyi Koklen, İspaniya klubunda 89 oyuna çıxıb, bir qola imza atıb.
 
“Valensiya”nın kapitanı olan Parexo da “Vilyarreal”la 4 illik müqavilə bağlayıb. 9 il idi “Valensiya”nın uğurları üçün çalışan 31 yaşlı ispan futbolçu bu komandada 383 oyuna 63 qol vurub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest