"Real"ın yarımmüdafiəçisi Xames Rodriges komandadan ayrıla bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu baş məşqçi Zinəddin Zidanın planlarına daxil deyil.

Məlumata görə, Xamesə özünə yeni klub axtarması bildirilib. Onunla bir neçə komanda maraqlanır. Ancaq İngiltərənin "Arsenal" klubunun futbolçuda daha çox israrlı olduğu vurğulanıb. Rodrigesin davamlı oynaya biləcəyi bir kluba getmək istədiyi bildirilir. 

Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest