İspaniyanın “Real Sosyedad” klubu yarımmüdafiəçisi Martin Edeqorla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Müqavilə ilə Madrid “Real”ına məxsus olan norveçli futbolçu ötən ilin yayında “Real Sosyedad”a iki illik icarəyə verilmişdi. Amma paytaxt təmsilçisi icarə müddətinin bitməsini gözləməyib və futbolçusunu vaxtından öncə geri qaytarmağa qərar verib.
 
Edeqor 2015-ci ildən “Real”a keçsə də, hələ bu komandada möhkəmlənə bilməyib. 22 yaşlı futbolçu “Real Sosyedad”dan öncə “Herenven” və “Vitess”də də icarədə oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest