PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını "Real"da davam etdirə bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu növbəti mövsüm 21 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Gənc hücumçu gələn il Paris təmsilçisindən ayrılmağı düşünür. O, komanda ilə müqavilə yeniləmək niyyətində deyil.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Fransalı forvard  bu günə qədər Paris klubunun forması ilə 124 matç keçirib və 90 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest