Birinci divizionda yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirən "Kəpəz" təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər"in ilk rəqibi aşağı dəstənin digər təmsilçisi "Turan Tovuz" olacaq.
 
Tovuzlularla oyun sentyabrın 19-na təyin olunub. Gəncədə keçiriləcək görüş saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest