Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Spartak"ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:3.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
 
11 turdan sonra 6 xalı olan "Ximki" 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest