Futbol üzrə İtaliya A Seriyasında 4-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, turun açılış matçında “Atalanta” “Napoli” ilə qarşılaşıb.
 
Meydan sahibləri bu oyunda darmadağına seviniblər. “Sampdoriya” da “Latsio”nu darmadağınla yola salıb.
 
“Yuventus” bu turda “Krotone” səfərinə yollanıb. Turinlilər bu görüşdə xal itkisi ilə üzləşiblər. Turun mərkəzi görüşündə “İnter”lə “Milan” münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matçda sevinən tərəf “Milan” olub.
 
İtaliya A Seriyası
4-cü tur
17 oktyabr
 
Napoli – Atalanta 4:1
Qol: Lozano, 23; 27. Politano, 30. Osimhen, 43 – Lammers, 69.
 
İnter – Milan 1:2
Qol: Lukaku, 28 – İbrahimoviç, 12; 16.
 
Sampdoriya – Latsio 3:0
Qol: Kvalyarella, 32. Augello, 41. Damsqard, 74.
 
Krotone – Yuventus 1:1
Qol: Simi, 12-pen – Morata, 21.
 
18 oktyabr
 
14:30 Bolonya – Sassuolo
17:00 Torino – Kalyari
17:00 Spetsiya – Fiorentina
20:00 Udineze – Parma
22:45 Roma – Benevento
 
19 oktyabr
 
22:45 Verona – Cenoa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest