Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Mütləq Döyüş çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.
 
Matc.az xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turnirində gerçəkləşib.
 
32 yaşlı Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.
 
Bu müdafiə rusiyalı üçün 3-cü olub. Nurməhəmmədov 7 aprel 2018-ci ildə amerikalı Yel Yakvintə qalib gələrək təşkilatın çempionu olub.
 
Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.
 
Döyüşdən sonra Həbib Nurməhəmmədov UFC-də sonuncu görüşünü keçirdiyini bildirib. O, karyerasını başa vurduğunu deyib: "Bu gün UFC-də son döyüşüm idi. UFC-dən istədiyim bu çərşənbə axşamı çəki kateqoriyasından asılı olmayaraq döyüşçülərin reytinqində birinci yeri tutmaq idi. Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, "Google" mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə, atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm. Valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı – bu, anamdır, istərdim ona daha çox vaxt ayırım. Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest