"Liverpul" klubu ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Fabinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Midtyulland"la matçında (2:0) zədələnən Fabinyonun son durumu tibbi müayinədən sonra bilinəcək.
"Liverpul"da bir müddət əvvəl Vircil van Deyk də zədələnmişdi. Əməliyyat olunan niderlandlı müdafiəçi üçün mövsüm bitib.