"Sumqayıt" futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdığı "Qarabağ"la səfər matçında ciddi itki ilə üzləşib.

"Sumqayıt" futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdığı "Qarabağ"la səfər matçında ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, komandanın kapitanı Vurğun Hüseynov epizodların birində rəqib oyunçu ilə toqquşaraq, ayağından zədə alıb. Nəticədə təcrübəli müdafiəçi 36-cı dəqiqədə yerini Adəm Həmatiyə verməli olub.
 
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Sumqayıt" 0:4 hesabıyla uduzur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest