Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

öncə iki paytaxt təmsilçisi – "Keşlə" və "Sabah" komandaları qarşılaşıb. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Günün digər matçı "Səbail"lə son çempion "Qarabağ" arasında keçirilib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Ağdam klubunun gücü isə yalnız məğlubiyyətdən xilas olmağa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" – "Qəbələ" matçı ilə yekun vurulacaq. Turun açılış matçında "Neftçi" ilə "Zirə" heç-heçəyə razılaşıb – 0:0.

Azərbaycan Premyer Liqası
11-ci tur

29 noyabr

"Keşlə" – "Sabah" 1:1
Qol: S.M.Kolli, 85 – K.Kubemba, 60.
Qırmızı vərəqə: C.Kamara, 54.
Baş hakim: İnqilab Məmmədov.
Bakı. "ASK Arena".

Keşlə: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 8. Tural Axundov, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 19. Azər Salahlı, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 48. Dmitro Klots, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 14. Turan Vəlizadə, 17. Vüsal İsgəndərli, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Sabah: 12. Alvaro Villete, 2. Amin Seydiyev, 3. Ulise Diallo, 4. Bəhlul Mustafazadə, 11. Ozan Can Kökcü, 14. Slavik Alxasov, 15. Ruslan Abışov (k), 28. Kevin Kubemba, 30. Mario Marina, 46. Aleksey İsayev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 25. Əlirza Müştəbazadə, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev, 60. Abbas Ağazadə, 90. Ramil Şeydayev.
Baş məşqçi: Visento Qomes.

"Səbail" – "Qarabağ" 1:1
Qol: A.Yunanov, 57-pen – D.Gerye, 64.
Baş hakim: Elçin Məsiyev.
Bakı. "ASCO Arena".

Səbail: 96. Nikolas Hagen, 3. Turan Manafov, 8. Bəxtiyar Rəhmani, 9. Florian Kadriu, 16. Peyman Keşavarz, 17. Elçin Rəhimli, 27. Hendrik Ekşteyn, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 34. ürfan Abbasov (k), 55. Adil Nağıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Arsen Ağcabəyov, 6. Orxan Qurbanlı, 13. Əli Sadıxov, 26. Kamal Qurbanov, 77. Ədilxan Qarəhmədov, 99. Bahadur Həziyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 21. Rauf Hüseynli, 24. Nihad Tamazov, 29. Zamiq Əliyev, 99. Hüseyn Hüseynzadə.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest