Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
 
Səfərdə “Sauthempton”la qarşılaşan “Mançester Yunayted” əzmkar qələbəyə sevinib. 
 
“Arsenal” “Vulverhempton”u qəbul edib. London təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib. 
 
Turun mərkəzi görüşü də Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma meydanda Joze Mourinyonun çalışdırdığı “Tottenhem”lə üz-üzə gəlib. Paytaxt klublarının duelində qol qeydə alınmayıb.
 
İngiltərə Premyer Liqası
10-cu tur
27 noyabr
 
Kristal Pelas – Nyukasl 0:2
Qol: Uilson, 88. Joelinton, 90.
 
28 noyabr
 
Brayton – Liverpul 1:1
Qol: Qross, 90+3-pen – Jota, 60.
 
Mançester Siti – Bernli 5:0
Qol: Mahrez, 6; 22; 41; 69. Torres, 66.
 
Everton – Lids 0:1
Qol: Rafinya, 79.
 
Vest Bromviç – Şeffild Yunayted 1:0
Qol: Qallaxer, 13.
 
29 noyabr
 
Sauthempton – Mançester Yunayted 2:3
Qol: Bednarek, 23. Uord-Prouz, 33 – B.Fernandes, 59. Kavani, 74; 90+2.
 
Çelsi – Tottenhem 0:0
 
Arsenal – Vulverhempton 1:2
Qol: Qabriel, 30 – Neto, 27. Podense, 42.
 
30 noyabr
 
21:30 Lester – Fulhem
00:00 Vest Hem – Aston Villa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest