Türkiyənin "Ərzurumspor" klubunun baş məşqçisi Mehmet özdilek istefaya göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Super Liqanın 10-cu turunda "Antalyaspor"la 2:2 hesablı bərabərliyə razılaşan komanda cari mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidir. 2 qələbə və 3 heç-heçəsi olan komanda qalan qarşılaşmalarında məğlubiyyətə üzülüb.
 
Mehmet özdilek "Ərzurumspor"u bu ilin mart ayından etibarən çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest