01 Dekabr 2020, 16:37
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	"Sabah" Premyer Liqada 50-ci qolunu vurub. Yubiley qolu 11-ci turun "Keşlə" ilə oyununa (1:1) təsadüf edib.
	Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
	"Sabah" 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.
	"Sabah"ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də, "Keşlə" ilə matçda (1:0) vurmuşdu.
				
         	
                                             
               
 
             
 















