"Sumqayıt"ın aparıcı müdafiəçisi Şəhriyar Əliyev uzun müddətə sıradan çıxıb. Bu barədə matç.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, 26 yaşlı futbolçunun topuq bağları qopub. Həkimlər milli komandamızın üzvünün ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Əliyevin dövrələrarası fasilədə yanvarın ortalarından etibarən "Sumqayıt"ın Antalya toplanışına qatılması gözlənilir.

Qeyd edək ki, Şəhriyar Əliyev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Neftçi" ilə keçirilən ilk oyunda zədələnərək əvəzlənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest