İngiltərənin "Sauthempton" klubu müdafiəçisi Yan Bednareklə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə 24 yaşlı polşalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər idi.
 
Xatırladaq ki, Polşanın "Lex" klubunun yetirməsi olan Bednarek 2017-ci ildən "Sauthempton"un uğurları üçün çalışır. O, həm də Polşa yığmasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest