Futbol üzrə İspaniya La Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Madrid “Atletiko”su doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib.
 
Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində xal hesabını 41-ə çatdıran Madrid təmsilçisi zirvədəki mövqeyini möhkəmləndirib. “Sevilya” isə 30 xalla 6-cı pillədədir.
 
İspaniya La Liqası
1-ci turun oyunu
12 yanvar
 
Atletiko – Sevilya 2:0
Qol: Korrea, 17. Saul, 76.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest