Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, hücumçusu Mussa Dembeleni Madrid "Atletiko"suna satan Liqa 1 təmsilçisi özü İngiltərənin "Lester Siti" klubunun əlcəzairli forvardı İslam Slimanini transfer edib.
 
Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
 
Vaxtilə Türkiyənin "Fənərbaxça" klubunda da oynamış Slimani, ötən mövsüm icarə əsasında forma geyindiyi "Monako"da 19 oyunda 9 qola imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest