“Neftçi” təlim-məşq toplanışını başa vurub.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvləri toplanışın sonuncu günündə bir dəfə məşq ediblər.
 
"Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
 
Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-da "Kəpəz” (1:0), 14-də "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” Premyer Liqanın 14-cü turunda "Səbail”in qonağı olacaq. "ASCO Arena”da keçiriləcək matç sabah saat 16:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest