Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. 51-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü komandasının yeganə qolunda məhsuldar ötürmə ilə pay sahibi olub.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. 51-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü komandasının yeganə qolunda məhsuldar ötürmə ilə pay sahibi olub.
 
17 turdan sonra 25 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest