İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa klubu Marsel “Olimpik”indən Morqan Sansonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
 
“Aston Villa” Sanson üçün Marsel klubuna 14 milyon avro ödəyib. 
 
Fransız futbolçu “Olimpik”də 154 oyunda 25 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest