Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Dan Petrekcu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə rumın mütəxəssisin ailəvi məsələlərlə əlaqədar komandadan ayrılmaq istədiyi və bu üzdən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Petreskuya xidmətlərinə görə təşəkkür edən klub, ona uğurlar arzulayıb.
 
Qeyd edək ki, Petresku “Kayserispor”a bu il yanvarın 4-də baş məşqçi təyin olunmuş və 2.5 illik müqaviləyə imza atmışdı.
 
“Kayserispor” bu mövsüm Super Liqada keçirdiyi 25 oyuna 25 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest