İngiltərənin “Vest Hem” klubunun futbolçusu Maykl Antonio DÇ-2022-də iştirak etmək üçün İngiltərə millisindən imtina edib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu bundan sonra Yamayka milli komandasının uğurları üçün çalışacaq. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
 
Antonio həm İngiltərə, həm də Yamayka vətəndaşıdır. Hücumçu daha əvvəl İngiltərə yığmasına çağırılsa da, millidə debüt edə bilməyib.
 
Antonio bu mövsüm Premyer Liqada 16 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest