Fransanın “Renn” klubu baş məşqçisi Julyen Stefanla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
 
Stefan baş məşqçi postundan istefa verib. Onun yerinə bu vəzifəni müvəqqəti olaraq köməkçisi Filipp Bizel yerinə yetirəcək.
 
Stefan 2012-ci ildən “Renn”də çalışırdı. 40 yaşlı mütəxəssis 2018-ci ildən əsas komandanın baş məşqçisi idi. “Renn” Stefanın rəhbərliyi altında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
 
“Renn” hazırda Liqa 1-də 9-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest