“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Bilirdik ki, rəqib yeni baş məşqçi ilə yeni dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm. Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqelərimizdən irəli gəlirdi. Artıq neçənci oyundur ki, hücumda xeyli qol epizodu yaradırıq. “Qarabağ” kimi rəqiblə belə, 3-4 şansımız oldu. Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Mudafiədəki səhvləri də minimuma endirmişik. Sevindirici hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Qol buraxdıqdan sonra daha əzmkar oynamağımız başadüşüləndir. Futbolçulara belə əzmkarlığa görə təşəkkür edirəm. Növbəti oyuna hazırlaşacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest