“Görəsən, bu reytinqləri kim irəli sürür. Gülməlidir!” Matc.az xəbər verir ki, bunu sabiq braziliyalı futbolçu Jose Altafini deyib.

Braziliya yığmasında 1958-ci il dünya çempionu olan veteran bildirib ki, Ronaldo heç vaxt Peleyə çata bilməyəcək: “Ronaldo qol sayında heç kimə çatmayıb. Pele rəsmi matçlarda 1225 qol vurub. Ronaldo Pele səviyyəsinə heç vaxt çatmayacaq”.

Ronaldo İtaliyada çempionatının  cari mövsümündə 21 görüşdə 20 dəfə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest