"Neftçi"nin yeni transferi Keysuke Honda ilə nə vaxt müqavilə bağlayacağına aydınlıq gəlib.

"Neftçi"nin yeni transferi Keysuke Honda ilə nə vaxt müqavilə bağlayacağına aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, yaponiyalı ulduz futbolçu martın 15-də rəsmi müqaviləyə qol çəkəcək.
 
Bu barədə "Neftçi TV" məlumat yayıb. Xəbərdə Hondanın Azərbaycan Premyer Liqasının 20-ci turunda "Səbail"ə qarşı ev matçını tribunadan izləyəcəyi bildirilib.
 
Bu isə o deməkdir ki, Hondanın "Neftçi"də debütü milli komandaların oyunları ilə əlaqədar fasilədən sonraya - aprelin 4-də baş tutacaq 21-ci turun "Sumqayıt"la ev matçına təsadüf edəcək.
 
Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçına saat 17:15-də start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest