Futbol üzrə Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan millisini koronavirus pandemiyası ilə əlaqədar Lissabonda yox, İtaliyanın Turin şəhərində qəbul edəcək.

Futbol üzrə Portuqaliya yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan millisini koronavirus pandemiyası ilə əlaqədar Lissabonda yox, İtaliyanın Turin şəhərində qəbul edəcək.
 
Matc.az xəbər verir ki, qarşılaşmanın Turində təşkili ilə bağlı ideyanı Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo verib.
 
Elə Portuqaliya Futbol Federasiyası ilə "Yuventus" klubunun prezidenti Andrea Anyelli arasında vasitəçiliyi də Turin təmsilçisinin portuqaliyalı ulduzu edib. Nəticədə tərəflər Azərbaycan yığması ilə oyunun "Yuventus"a məxsus stadionda keçirməklə bağlı razılığa gəliblər.
 
Yeri gəlmişkən, Portuqaliya mətbuatı oyunun məhz Ronaldo üçün doğma olan bir stadionda keçirilməsini yığma komandaları üçün böyük üstünlük hesab edirlər. Eyni zamanda bu amilin digər futbolçulara da müsbət təsir edəcəyi vurğulanır.
 
Maraqlıdır ki, Portuqaliya yığması ilk dəfə bir ev oyununu ölkə xaricində keçirəcək.
 
Sözügedən komanda Azərbaycan millisini Lissabonda qəbul etməyi üstün tutsaydı, azı 11 aparıcı futbolçusunun xidmətindən məhrum ola bilərdi. Belə ki, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər səbəbindən İngiltərədə top qovan Rui Patrisio, Ruben Dias, Joao Kanselo, Nelson Semedo, Jooo Moutinyo, Bruno Fernandes, Ruben Neves, Bernardo Silva, Dioqo Jota, Pedro Neto və Podense kimi oyunçular Portuqaliyaya gəlsəydilər, bir müddət karantində qalmağa məcbur olacaqdılar.
 
Portuqaliya yığması Azərbaycan millisi ilə martın 24-də Turində qarşılaşacaqsa, bundan 3 gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq. Bu komandanı martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest