UEFA Aç-2020-də iştirak edəcək komandalara oyunlar üçün 25 futbolçu sifariş etməyə icazə verə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
 
Aç-2020-də komandalarda əvvəlki kimi 23 yox, 25 futbolçu oyunların heyətinə daxil ediləcək. Bununla bağlı təklifi Polşa Futbol İttifaqının rəhbəri Zbiqnev Bonek irəli sürülüb. Təklif müsbət qarşılanıb və UEFA tərəfindən nəzərdən keçiriləcək.
 
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. Aç-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest