Türkiyənin "Qaziantep" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, klubun futbolçuları, işçiləri və məşqçilərindən götürülən test nəticələrindən dördünün müsbət çıxdığı bildirilib. Virusa yoluxanların ikisi futbolçu, ikisi isə klubun işçisidir.
 
Bu gün "Başakşəhər" də sonuncu koronavirus testlərindən birinin pozitiv nəticələndiyini açıqlayıb. İstanbul klubundan verilən məlumata görə, bir futbolçuda koronavirus aşkarlanıb. Adı açıqlanmayan həmin oyunçu karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest