AFFA-nın təşkilatçılığı ilə "Aç-2020 Könüllülər Proqramı" çərçivəsində Azərbaycan könüllü təşkilatları arasında futbol üzrə "Aç-2020 Könüllü Kuboku" təşkil olunacaq.
 
Matc.az xəbər verir ki, Aprelin 8-dən 12-dək turnirin qeydiyyat və püşkatma prosesi keçiriləcək.
 
Turnirin aprelin 15-də start götürməsi planlaşdırılır.
 
Qeydiyyat keçmək istəyən təşkilatlar volunteer@affa.az aşağıdakı məlumatları göndərə bilərlər:
1) Könüllü təşkilatının adı:
2) Sifariş vərəqəsi: oyuçuların adı, soyadı, ata adı, təvəllüdü
3) Sifariş vərəqəsində olan oyunçuların sağlamlıq haqqında arayışı (imza və möhürlü)
Əlaqə nömrəsi: +994 55 515 79 09 (AFFA Könüllülər Mərkəzi)
 
Aşağıdakı şəxslər turnirdə iştirak edə bilməz:
1) son 5 il ərzində peşəkar statusu olan oyunçular
2) son 3 il ərzində Futzal Yüksək Liqası və 1-ci liqada iştirak edən oyunçular
 
Turnirin tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest