2018-ci ildən milliyə dəvət edilməyən Tomas Müller ("Bavariya") və Mats Hummels ("Borussiya", Dortmund) yenidən yığmaya cəlb edilib.

Futbol üzrə Almaniya milli komandasının Aç-2020 üçün heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, baş məşqçi Yoahim Löv 26 futbolçuya dəvət göndərib.
 
2018-ci ildən milliyə dəvət edilməyən Tomas Müller ("Bavariya") və Mats Hummels ("Borussiya", Dortmund) yenidən yığmaya cəlb edilib.
 
Siyahıda 3 qapıçı, 10 müdafiəçi, 8 yarımmüdafiəçi, 5 hücumçu yer alıb.
 
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Kevin Trapp ("Ayntraxt"), Bernd Leno ("Arsenal", İngiltərə);
 
Müdafiəçilər: Antonio Rüdiger ("çelsi", İngiltərə), Mats Hummels, Emre Can (hər ikisi "Borussiya", Dortmund), Mattias Ginter ("Borussiya", Mönhenqladbax), Niklas Süle ("Bavariya"), Lukas Klostermann, Marsel Halstenberq (hər ikisi "Leypsiq"), Robin Qosens ("Atalanta", İtaliya), Robin Kox ("Lids", İngiltərə), Kristian Günter ("Frayburq");
 
Yarımmüdafiəçilər: Yozua Kimmix, Serj Qnabri, Leon Qoretska, Camal Musiala (hamısı "Bavariya"), İlkay Gündoğan ("Mançester Siti", İngiltərə), Kay Haverts ("çelsi", İngiltərə), Toni Kroos ("Real", İspaniya), Florian Noyhaus ("Borussiya", Mönhenqladbax);
 
Hücumçular: Timo Verner ("çelsi", İngiltərə), Tomas Müller, Leroy Sane (hər ikisi "Bavariya"), Conas Hofmann ("Borussiya", Mönhenqladbax), Kevin Volland ("Monako", Fransa).
 
Qeyd edək ki, Almaniya millisi Aç-2020-nin F qrupunda Macarıstan, Portuqaliya və Fransa ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest