Tokio Yay Olimpiya Oyunlarının ən böyük sürprizlərindən biri ötən gün yaşanmışdı. Kişi üzgüçülərin 400 m məsafəyə sərbəst üsulla üzmə yarışında gözlənilmədən 18 yaşlı Ahmed Hafnaui qızıl medala sahib çıxmışdı. Matc.az xəbər verir ki, sosial şəbəkələrdə tunisli idmançının ailəsinin yarışı izləyərkən çəkilmiş görüntüləri yayılıb. Video izləyicilər tərəfindən maraqla qarşılanıb. Emosiya dolu həmin görüntüləri təqdim edirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest