Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib. Matc.az xəbər verir ki, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən, məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.
 
Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.
 
Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi kimi isə Vüqar Məcidovun təyinatı rəsmləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest