Birinci Divizionun 3-cü turu çərçivəsində sentyabrın 28-də keçirilməli olan “Qəbələ-2” – “Keşlə-2” matçının vaxtı dəyişdirilib. Matc.az xəbər verir ki, oyun oktyabrın 4-nə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 
“Qəbələ” U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşması məqsədi ilə “Qəbələ” klubunun müraciəti, “Keşlə”nin rəsmi razılığı əsasında “Keşlə-2” – “Qəbələ-2” oyunu 28 sentyabr tarixindən 4 oktyabr tarixinə keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest