Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. Matc.az xəbər verir ki, WSF-nin vitse prezidenti və İdarə heyətinin üzvü olan Yaşar Bəşirov İstanbulda 11-ci Dünya Şotokan Çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsvermənin qalibi kimi bu məsul vəzifəyə seçilib.

Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. Matc.az xəbər verir ki, WSF-nin vitse prezidenti və İdarə heyətinin üzvü olan Yaşar Bəşirov İstanbulda 11-ci Dünya Şotokan çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsvermənin qalibi kimi bu məsul vəzifəyə seçilib.
 
O, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvüdür.
 
Daha bir əlamətdar hadisə WSF-nin İdarə heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.
 
Türkiyə Karate Federasiyasının prezidenti vəzifəsinə namizədlərdən Ercüment Taşdemir isə WSF-nin Baş katibi seçilib. WSF ailəsi türk karatesinin idarə edilməsi istiqamətində fəaliyyətdə onu dəstəkləyir.
 
Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib. 5 qitədən 75 dövlət WSF-nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər WSF-nin nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin Şotokan istiqamətində böyükmiqyaslı işlər görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest