"Shusha Chess 2022" turnirində kişilərin yarışında ikinci yeri tutan Parham Maqsudlu təəssüratlarını turnirin rəsmi saytı ilə bölüşüb. Matc.az xəbər verir ki, iranlı şahmatçı yekun nəticədən razı qaldığını deyib:
 
"Şuşada keçirilən şahmat yarışında iştirak etdiyim üçün çox şadam, dəvətə görə təşkilatçılara minnətdaram. çox güclü yarış izlədik. Nəticələrimdən, ikinci yeri tutmağımdan razıyam. Unutmayaq ki, Şəhriyar Məmmədyarov kimi güclü şahmatçı qalib oldu. Şəhriyardan sonra ikinci olmağı yaxşı nəticə hesab edirəm. ümid edirəm ki, yenidən bu turnirdə iştirak etmək imkanım olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest