AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Qrup mərhələsinin martın 21-də baş tutacaq qarşılaşmasının biletlərini azarkeşlər internet vasitəsilə onlayn sifariş verə bilərlər.

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya Futbol Federasiyası rəsmi saytı vasitəsilə yayıb.

Qrup mərhələsinin martın 21-də baş tutacaq qarşılaşmasının biletlərini azarkeşlər internet vasitəsilə onlayn sifariş verə bilərlər. Bir azarkeşin maksimum 6 bilet almaq imkanı var. Martın 18-dən isə görüşün keçiriləcəyi "Maksimir" stadionunun kassalarında satış başlayacaq.

Biletlər tribunaya görə 10 manatdan 40 manata (yerli valyuta ilə 40-150 kuna arası) qədər müxtəlif qiymətlərdədi. VIP sektorlar üçün yerin qiyməti isə 250 Xorvatiya kunasıdı (65 manat).

Qeyd edək ki, Zaqrebdə keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest