Məqsəd İsayev “Qəbələ”də 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

Məqsəd İsayev “Qəbələ”də 50-ci oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
 
28 yaşlı müdafiəçi “Səbail”lə ev görüşündə 90 dəqiqə meydanda olub. “Qırmızı-qaralar”ın 2:1 hesablı qələbə qazandığı qarşılaşma onun “100”ü yarılaması ilə əlamətdar olub. Məqsəd bu oyunlarda 4 qol vurub.
 
O, Premyer Liqada 43 (3 qol), Azərbaycan kubokunda 5 (1 qol), avrokuboklarda 1 dəfə şans qazanıb. İsayev klub tarixinə 50 və daha çox matça çıxan 54-cü oyunçu kimi düşüb.
 
Qeyd edək ki, müdafiəçi “Qəbələ”də 2021-ci il avqustun 15-də debüt edib. O, “Neftçi”yə qarşı səfərdə keçirilən çempionat matçında (2:2) meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest