AFFA "Məktəbli kuboku" turnirinə sponsor axtarır. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda belə deyilir:
 
"ölkənin ən kütləvi futbol turniri olan "Məktəbli kuboku"nun titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edə bilər. Müraciətləri 23 dekabr 2022-ci il, saat 16:00-a qədər AFFA-nın elektron poçt ünvanına göndərmək olar".
 
"Məktəbli kuboku" 2009-cu ildən keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest